Gübrənin effektivliyi

Gübrə verilmiş və verilməmiş məhsulları şəkillərdə müqayisəsini Sizlərə təqdim edirik. Məhsulun ölçü və rəng fərqinə diqqət yetirin.


LİSENZİYALAR


2023 -cü ildə qurulan, təbiətin gücündən ilhamlanaraq, Dr.CAM soxulcan gübrəsi şirkəti olaraq müasir kənd təsərrüfatının ehtiyaclarına cavab verən davamlı və ekoloji cəhətdən təmiz həllər təmin etmək missiyası ilə yola çıxdıq. Əsas təcrübə sahəmiz olan maye soxulcan gübrəsi təbiətin tarazlığını qoruyaraq torpaq və bitki sağlamlığını dəstəkləyən tamamilə orqanik və innovativ məhsuldur. Bu gün kənd təsərrüfatı və bağçılıq sektorlarında qarşıya çıxan ən böyük problemlərdən biri uzunmüddətli perspektivdə torpağın münbitliyini qorumaqdır. Kimyəvi gübrələrin intensiv istifadəsi torpağın strukturuna dönməz ziyan vurduğu üçün, təbii ehtiyatların davamlılığı təhlükə altındadır.
Dr.CAM burada işə düşür: Biz fermerlərimizin, bağ həvəskarlarımızın və təbiəti sevən hər kəsin ehtiyaclarına cavab verən effektiv və təbiətə uyğun həll təklif edirik.
Soxulcan gübrəsi dünyanın aparıcı kənd təsərrüfatı ölkələrində qəbul olunmuş və geniş istifadə olunan bir gübrədir. Bu gübrənin Azərbaycanda tətbiqinin genişləndirilməsi qarşımızda duran ən başlıca vəzifədir.